Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Nazir layihə direktorunu vəzifəsindən azad edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir layihə direktorunu vəzifəsindən azad edib

İqtisadiyyat naziri Şahin Mustafayev “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru Sahil Babayevi vəzifəsindən kənarlaşdırıb.

 

Reklam_3_11

Bu vəzifəyə Ruslan Rüstəmli təyin edilib.  

 

Təyinat ötən gün reallaşıb. 

 

R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. O həmçinin 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə alternativ direktordur. Direktor Bankda Azərbaycanla yanaşı Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edir.

 

Xatırladaq ki, “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Dünya Bankı ilə Azərbaycan Hökumətinin “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində birgə həyata keçirdiyi layihədir. Ümumilikdə 5 komponentdən ibarət olan layihə üzrə müqavilə 2009-cu ilin mayın 20-də imzalanıb.

 

Layihə üzrə vəsaitlər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən ayrılıb. Azərbaycan hökuməti isə vəsaitin bir hissəsini və ƏDV öhdəçiliyini yerinə yetirməyi üzərinə götürüb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

08.05.2018 09:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ