Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İrandan neft alan ölkələrə 6 ay vaxt verildi - NEFT BAHALAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrandan neft alan ölkələrə 6 ay vaxt verildi - NEFT BAHALAŞIR

ABŞ İrandan xam neft alanlara bunu dayandırmaları üçün altı ayları olduğunu, əks halda cəza ilə qarşılaşacaqlarını (sanksiya tətbiq ediləcək) açıqlayıb. Bu açıqlamanın ardından neft qiymətləri üç ilin ən yüksək səviyyəsinə qalxdı.

 

"Marja" xəbər verir ki, Qərbi Texas nefti (WTI) 3.1 faiz yüksələrək bareli 71.17 dollara, Brent nefti 3.1 faiz bahalaşaraq barreli 77.20 dolları gördü.


1 GÜNƏ KREDİT ALIN!

 
ABŞ Prezidenti Donald Trampın ABŞ-ın nüvə müqaviləsindən çıxması qərarının təsirinin nə olacağı məsələsi hələ də qeyri-müəyyəndir. Sanksiyaların yenidən tətbiq olunmağa başlamasının, Orta Şərqin üç ən böyük neft istehsalçısından biri olan İrandan ixracın azalmağa başlamasına səbəb olacağı gözlənilir. ABŞ-ın Xəzinə Nazirliyi niyyətlərinin İranın xam neft satışlarının dayandırılması olduğunu açıqlayıb.

 

Adətən yay aylarında neft emalı zavodların xam neftə təlabatı artır. Belə bir vaxtda bütün tərəflərin İrandan neft alışlarını kəskin azaltmaları gözlənilir. ABŞ-ın Şərqi Asiyadakı bəzi müttəfiqlərinin İrandan alışları dayandıracağı bildirilir. İranın neft ixracının gündəlik bir milyon barrelədək azala bilər.

 

İran neftinin altıncı ən böyük alıcısı olan Yaponiya ABŞ-dan sanksiyalar tətbiq etməməsi üçün möhlət istəyib. İranın digər iri müştəriləri isə hələ niyyətlərini dilə gətirməyiblər. ABŞ-ın qərarına qarşı çıxan Çin, Hindistan və Türkiyə kimi ölkələrin İrndan neft alışlarını davam etdirməyə çalışacaqları bildirilir.

 

09.05.2018 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ