Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi növbəti  “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən “Şəbəkə” xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları  təşkil edilib.

 

Reklam_3_11

Digər “Şəbəkə” xidmət mərkəzlərində olduğu kimi sakinlər telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turizm xidmətlərinin sifarişi, sığorta və digər xidmətlər üçün bu mərkəzə müraciət edə bilərlər.

 

Mərkəzdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 9:00-dan 18:00-dək xidmət göstərilir.

 

“Şəbəkə”nin yaradılmasında məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

 

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

 

Bu Bakıda sayca 5-ci xidmət mərkəzidir. Yaxın gələcəkdə Bakıda və respublikamızın regionlarında yeni “Şəbəkə” xidmət mərkəzləri vətəndaşların ixtiyarına veriləcək.

09.05.2018 19:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ