Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maya dəyərindən 10-15 dəfə bahasına satılır - ƏKİNİNƏ BAŞLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maya dəyərindən 10-15 dəfə bahasına satılır - ƏKİNİNƏ BAŞLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gündür Astara rayonunda çəltik əkininə başlanılıb.

 

Reklam_3_11

Ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçilik Astarada qədim zamanlardan geniş yayılıb. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

 

Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin Astarada inkişafı üçün geniş imkanlar yaradıb.

 

Ötən il rayonda 447,5 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 500 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub. Rayonda çəltikçilik əsasən Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran kəndlərində inkişaf etdirilir.

 

Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır.

 

Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər.

 

Artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.

 

© Azərtac

10.05.2018 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ