Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Trampın qərarı ABŞ-ın maraqları üçün mənfi nəticələr doğura bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın qərarı ABŞ-ın maraqları üçün mənfi nəticələr doğura bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"The New York Times"da Cümə günü yer alan məqalədə, ABŞ-ın nüvə müqaviləsindən çıxması qərarının neft bazarına pis təsir göstərəcəyi bildirilib.Qeyd edək ki, neft alan qərb ölkələri qiymətlərin yüksəlməsini bazarın pisləşməsi kimi qəbul edirlər. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, məqalədə qeyd olunur:

 
ABŞ-ın İran ilə 2015-ci ildə bağlanmış nüvə müqavilsinədən çıxdığını açıqlamasından bu yana, neft və təbii qaz bazarında çox böyük bir reaksiya müşahidə olunmadı. Ancaq qərar qlobal miqyasda neft bazarına bir həftə və ya bir ay ərzində təsir edə bilər. Vəziyyət, ABŞ-ın İrana sanksiyalarının necə olacağına və müqavilənin tamamilə ləğv edilib-edilməyəcəyinə bağlıdır.

 
İran, dünyada gündəlik hasil edilən 98 milyon barel neftin 3.8 milyonunu hasil edir. Bir çox mütəxəssisə görə, tətbiq ediləcək ABŞ sanksiyaları çərçivəsində İranla iş görən şirkətlərdən neft alışlarını ən az 10-15 faiz azaltmaları tələb olunacaqdır. 

 
Digər tərəfdən, İranın neft ixracatının 40%-ni həyata keçirdiyi Çin və Hindistanın gərginliyə məhəl qoymayacağı bildirilir. "Barclays"a görə, 2 ölkə İrandan neft idxalında 150 min barrel artıma gedə bilər. Almaniya, Böyük Britaniya və Fransa da İrandan neft alırlar. Bu ölkələr Trampa, qərarı ərəfəsində məsələni təkrar düşünməsi məsələsində "sərt" xəbərdarlıqlar etmişdilər.

 
QƏRAR ABŞ-A NECƏ TƏSİR EDƏ BİLƏR?

 
Müqavilənin ləğvinin mümkün nəticələrini təxmin etmək çox çətindir, lakin ABŞ-ın maraqları üçün mənfi nəticələr doğura bilər. Neft qiymətləri yüksəlsə, İran azalan neft ixracını bu şəkildə kompensasiya edə bilər. Bundan başqa, Avropa İrandan neft almağı azaldarsa, Rusiyaya yönələ və Rusiya neftdən daha çox gəlir əldə edə bilər. Yüksələn neft qiymətləri ABŞ-ın turizminə səyahət xərclərinin artırması ilə mənfi təsir gösətər bilər (Təyyarə yanacağı bahalaşacağından).
 

1 GÜNƏ KREDİT ALIN!


"Goldman Sachs"ın apardığı araşırmaya görə, İranın gündəlik neft hasilatının 6 ay ərzində 250 min barel azalması, xam neftin qiymətlərini 3.50 dollar artıra bilər. "Goldma"nın yay üçün proqnozları qiymətlərin 82.50 dollar ətrafında olmasıdır.


Xam neft qiymətləri Trampın qərarından sonra 77 dollar keçmişdir.

12.05.2018 06:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ