Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ötən il mənfəəti azaldı, bu il zərərə düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il mənfəəti azaldı, bu il zərərə düşdü

“Xalq Sığorta” ASC 2018-ci ilin 1-ci rübünü 546 min 676 manat xalis zərər ilə başa vurub.“Marja” Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “Xalq Sığorta”nın cəmi gəlirləri 1 milyon 271 min manat, cəmi xərcləri isə 1 milyon 817 min manat təşkil edib.

 

Reklam_3_11

İlk rübdə şirkətin toladığı sığorta haqları 1 milyon 524 min manat, sığorta ödənişləri isə 647 min manat   təşkil edib.

 

“Xalq Sığorta” Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etdiyi ilkin məlumatda, ilk rübdə 1 milyon 271 min manat sığorta haqları hesabladığını bildirmişdi. Şirkət ötən ilin ilk rübündə 1 milyon 667 min manat sığorta haqları topladığı məlumatını təqdim etmişdi.

 

Ötən ilin ilk rübü ilə müqayisədə “Xalq Sığorta”nın topladığı sığorta haqları azaldığından və gəlirin 452 min manatı ehtiyata çevrildiyindən şirkətin zərəri yaranıb.

 

"Xalq Sığorta" dövlət qiymətli kağızlarına (istiqrazlara) investisiyasını 2 dəfəyə yaxı artırıb. İlin əvvəlində 5 milyon 865 min manat olmuş portfel Mart ayının sonunda 10 milyon 880 min manata qalxıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qeyd edək ki, 2016-cı illə müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 3,5 dəfə azalmışdı. 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmiş şirkət, 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəət ilə başa vurmuşdu.

12.05.2018 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ