Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dolların aparıcı valyutalar nisbətən ucuzlaşması bu həftə də davam edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların aparıcı valyutalar nisbətən ucuzlaşması bu həftə də davam edə bilər

Dünya valyuta birjalarında keçən həftə ərzində dolların aparıcı valyutalar nisbətən qiymətlərində müşahidə edilən 1%-lik ucuzlaşma, bu həftə də davam edə bilər.


 

Reklam_3_11

Dünya valyuta birjalarında ABŞ-da inflyasiyanın artması, dolların ucuzlaşmasına, digər aparıcı valyutaların isə 1%-ə kimi bahalaşmalarına təsir edib. 

 

EUR

 

EUR/USD məzənnəsi yeni həftənin ilk sessiyasında 1.1960$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.1900$-ın üzərində qalmaqda davam edərsə, 1.2050 və 1.2118$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq Avrozona iqtisadiyyatı üzrə gələcək gözləntiləri ölçən indeks və inflyasiya göstəriciləri açıqlanacaqdır. Fundamental məlumatların bazarlarda güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.

 

GBP

 

GBP/USD məzənnəsi 1.3595$-a kimi bahalaşdıqdan sonra 0.5%-ə kimi korreksiya edib. Hal-hazırda 1.3560$-ın üzərində dalğalanan məzənnə, yenidən 1.3600$-ı yuxarı istiqamətdə qırarsa, 1.3676$-a kimi də artım dalğasını gücləndirə bilər. Çərşənbə axşamı saat 12:30-da yayımlanacaq İngiltərənin əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.


TRY

 

Türkiyə bazarlarında isə dollar yenidən artım dalğasını bərpa edərək 4.35TL-ə kimi bahalaşıb. Lakin qiymət 4.37TL-nin altında qaldıqca, USD/TRY məzənnəsi yenidən 4.27, 4.25 və 4.22TL-ə kimi geri çəkilə bilər. Türkiyə iqtisadiyyatında risklərin artması, lirənin qiymətinə mənfi təsir edən amillər arasındadır. Bu baxımından çərşənbə axşamı saat 11:00-da yayımlanacaq, Türkiyənin işsizlik ilə bağlı fundamental məlumatlar da diqqət mərkəzindədir.


OIL

 

Enerji bazarlarında da Brent nefti 78$-a kimi bahalaşdıqdan sonra 77$-a kimi korreksiya edib. Artıq 77$-ın altında təklif edilən bir barel üzrə qiymətin 76 və 75$-a kimi də geri çəkilə biləcəyi ehtimal edilir. Ümumilikdə qiymətin yaxın gələcəkdə 78-75$ aralığında dalğalanacağı proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti keçən həftə proqnozlaşdırıldığı kimi 1326$-a (42.5 $/qram) kimi bahalaşdı. Qiymətdə son günlər müşahidə edilən bahalaşma fonunda 1320$-a (42.3 $/qram) kimi korreksiya edən qiymətin, yenidən 1326$ (42.5 $/qram) və 1333$-a (42.7 $/qram) kimi dəyər qazana biləcəyi proqnozları güclü olaraq qalır.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

14.05.2018 08:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ