Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyənin cari əməliyyatlar kəsiri pisləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin cari əməliyyatlar kəsiri pisləşdi

Türkiyənin cari əməliyyatlar kəsiri Mart ayında 4.81 milyard dollar olub.
 

"Marja" xəbər verir ki, proqnoz 4.15 milyard dollar idi.

Reklam_3_11

 

Yanvar-Mart dövründə isə cari əməliyyatlar balansında 16.39 milyard dollar kəsir yaranıb.

 

İqtisadçı Veyis Fertekligili  trendin mənfi olduğunu deyib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Fertekligil, "5 milyard dollara qədər bir kəsir onsuz da mümkündür. Nəticədə pis tendensiya davam edir. Xarici ticarət kəsiri artır. Martda ixracatın yaxşı artmasına baxmayaraq idxal haradasa 2 dəfəyə qədər artıb, onun da təsiri var. Turizm gəlirlərindəki artım vəziyyəti düzəltməyə çatmır. İllik kəsirin 55 milyard dolları keçəcəyini də qeyd etmək lazımdır",- deyib.

 

Maliyyə tərəfinin də mənfi olduğunu qeyd edən Fertekligil, "Birbaşa investisiya girişlərinin azaldığını görürük. Portfel investisiyalarında çıxış var, o da mənfidir. Onsuz da dolların yüksəlişindən bunu başa düşürdük. Valyuta ehtiyatları 4.8 milyard dollar azalıb, bu, çox yüksəkdir. Ümumən baxanda trend olduqca mənfidir. Qızıl idxalında artım davam edir. Xüsusən ixracatın artmasına baxmayaraq neft idxalında və qızıldakı artım buna mənfi təsir edəcək. Turizm gəlirləri yaz aylarında artır, amma bunu kompensasiya etməsi çətin görünür" ifadəsini istifadə edib.

 

Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyüksə bu vəziyyət cari artıqlıq (cari əməliyyatlar profisiti), kiçiksə cari kəsir (cari əməliyyatlar defisiti) adlandırır.

 

Cari əməliyyatlar balansı kimi də tanınan cari balans, tədiyyə balansının xarici ticarət (ixrac-idxal tarazlığı), xidmətlər, investisiya və cari transferlər balanslarının cəmindən ibarətdir.

14.05.2018 09:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ