Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bank Respublika”dan növbəti sosial layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika”dan növbəti sosial layihə

Sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank Respublika bu dəfə “Cümhuriyyətin yaranmasının 100-cü ildönümü” münasibətilə yeni bir aksiya həyata keçirib.

 

Bank, Sumqayıtda yerləşən general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında təhsil alan valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrdən olan uşaqların  Cümhuriyyət dövrü haqqında ətraflı məlumat almaq istəyini nəzərə alaraq, onlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil edib.

 

Ekskursiya zamanı uşaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda ilk parlamentinin yerləşdiyi bina, İstiqlal bəyannaməsi abidəsi, İçəri şəhər, Qız qalası vəTarix muzeyini ziyarət ediblər.

 

Uşaqlar Cümhuriyyət dövrü və tariximizlə bağlı geniş məlumatlar topladılar, xalqımızın bugünədək tarixini əks etdirən müxtəlif maddi mənbələr, eksponatlar və digər zəngin kolleksiyalar ilə tanış olublar.

 

Maraqlı ekskusiya Bank Respublikanın baş ofisi qarşısında yekunlaşıb Burada şagirdlərə qiymətli hədiyyələr təqdim edildi və bankın əməkdaşları ilə birgə kollektiv xatirə fotoşəkili çəkdirilib.   

 

Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Respublikamızın tarixi haqqında geniş məlumatlandırmaq, marifləndirmək və eyni zamanda gənclər arasında vətənpərvərlik hisslərinin təbliğindən ibarət idi. 

 

Bankdan verilən məlumata əsasən Bank,Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

14.05.2018 14:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ