Naxçıvan və Batumi arasında birbaşa aviareys
2017-ci ilin yayınadək Naxçıvan və Batumi (Gürcüstanın Acarıstan Muxtar Respublikası) arasında birbaşa aviareys açılacaq. Bunu Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze deyib.
“Naxçıvan və Batumi arasında birbaşa aviareysin yaya qədər açılması nəzərdə tutulur”,- deyə o, Naxçıvana səfərinin yekunları üzrə jurnalistlərə bildirib.
Sədr iki muxtar respublika arasında investisiya layihələrinin təşviqi üçün özəl təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
“Siyasi münasibətlərimiz dinamik inkişaf edir, biznesi, özəl təşəbbüsləri, investisiya layihələrini dəstəkləmək çox vacibdir. Buna görə də biznesin inkişafına kömək etməliyik. Biz iqtisadiyyatın inkişafına kömək edəcək br sıra çox mühüm layihələr həyata keçirmək niyyətindəyik”, - deyə Z.Pataradze qeyd edib.
“Tərəflər arasında ticarət-iqtisadi və mədəni-humanitar əlaqələri də qeyd etmək lazımdır. Biz universitetlərimizin, akademik dairələrimizin nümayəndələri arasında bir sıra çox vacib görüşlər təşkil etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.
Sədr əlavə edib ki, bu, onun Naxçıvana ilk rəsmi səfəridir və regionla, həyata keçirilən layihələrlə tanışlıq məqsədi daşıyır.
Onun sözlərinə görə, tərəflər ASK, turizm və təhsil sahələrində birgə fəaliyyətlə bağlı zəngin təcrübəyə malikdir.
Z.Pataradze, həmçinin Naxçıvandakı dostları Gürcüstanda qəbul etməyə, birgə tədbirlər keçirməyə, o cümlədən azərbaycanlı dostları Gürcüstanda yaxşı işləyən yeni texnologiyalarla tanış etməyə hazır olduğunu bildirib.
O, birgə planlar üçün böyük potensialın olduğunu vurğulayıb.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl