Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi
Samir Süleymanov 2017-ci il fevralın 1-də Dünya Bankı prezidenti tərəfindən yeni yaradılmış Dünya Bankı Strateji Təşəbbüslər Qrupunun rəhbəri vəzifəsinə təyin edilib.
Banka –ın saytında verilən məlumata görə, Strateji Təşəbbüslər Qrupunun əsas vəzifəsi Dünya Bankının baş icraçı direktoru ilə birgə təşkilati hədəfləri həyata keçirmək və təşkilatın qlobal çağırışlar qarşısında strateji mövqeləndirilməsinə nail olmaqdır.
Bundan öncəki təyinatında S.Süleymanov Dünya Bankı baş direktorunun ofisində Strategiya və Əməliyyatlar Departamentinin direktoru vəzifəsində çalışıb.
Həmin vəzifə çərçivəsində Samir Süleymanov “Gələcəyə Baxış: Dünya Bankı Qrupu 2030” sənədinin hazırlanmasını əlaqələndirmiş, baş direktorla birgə daxili islahat və təşəbbüslər həyata keçirərək Bankın daha səmərəli fəaliyyətinə töhfə vermişdir.
Bankdakı 21 illik karyerasına 1996-cı ildə başlamış Samir Süleymanov Korporativ Katiblik Departamentinin direktoru, Bankın Rusiya üzrə proqramının koordinatoru və s. kimi məsul vəzifələrdə çalışıb.
O, bu vəzifələr çərçivəsində Direktorlar Şurasının işində yaxından iştirak edib, Dünya Bankı instrumentlər arsenalına yeni maliyyə alətlərinin əlavə edilməsi və müxtəlif fondların yaradılması prosesində müstəsna xidmətlər göstərib.
Qeyd edək ki, Samir Süleymanov Azərbaycan vətəndaşıdır. O, George Washington Universitetində MBA dərəcəsi alıb.
© Oxu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl