Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da neft ehtiyatları azaldı - QİYMƏTLƏR YÜKSƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatları azaldı - QİYMƏTLƏR YÜKSƏLİR

ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,4 milyon barrel (0,3 faiz) azalaraq 432,4 milyon barrelə gerilədiyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 800 min barrel azalma göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,2 milyon barel azalmışdı.

Reklam_3_11

 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 1,5 milyon barrel (0,2 faiz) azalaraq 662 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 3,8 milyon barel (1,6 faiz) azalaraq 232 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,4 milyon barrel azalma göstərəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,2 milyon barrel azalma göstərmişdi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 278 min barel artımla 7,6 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 689 min barel artımla 2,57 milyon barelə çatıb.
 

Xam neft hasilatı son 18 həftədə 17 dəfə yüksəlib
 

ABŞ-ın xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 20 min barel artımla 10,72 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 18 həftədə da 17 dəfə artım göstərmişdir.
 

EIA-nın 2018-ci ilin May ayı hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyması nəzərdə tutulur.
 

Neft qiymətləri artır
 

ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın bazar proqnozlarının üzərində açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətləri artır.
 

Bakı vaxtı ilə saat  21.00-da dünya üzrə ən geniş istifadə edilən Brent növü neftin barrel qiyməti 78,78 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 71,31 dollara qədər yüksəlib.

16.05.2018 19:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ