Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qazprom-un Avropaya qaz ixracı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazprom-un Avropaya qaz ixracı artıb

Rusiyanın enerji şirkəti Qazprom-un Avropaya qaz ixracının, 1 Yanvar-15 May 2018-ci il tarixlərində, ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz artaraq 78 milyard kubmetrə çıxdığı bildirilib.
 

"Marja" Qazprom-un açıqlamasına istinadən xəbər ki, şirkətin qaz hasilatı 1 Yanvar-15 May tarixlərini əhatə edən dövrdə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 197,8 milyard kubmetr təşkil edib.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Sözügedən dövrdə, Avropaya qaz ixracının da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 78 milyard kubmetrə yüksəldiyi qeyd edilən açıqlamada, Almaniyaya qaz ixracatının 12,9%, Avstriyaya 70,3%, Hollandiyaya 85,8%, Yunanıstana isə 39,1% artdığı qeyd edilib.
 

Qazprom, 2017-ci ildə bir əvvəlki ilə nisbətən 8,1%-lik artımla Avropaya 193,9 milyard kubmetr qaz tədarük edərək, Avropanın istehlak etdiyi qazın 40%-ni təmin etmişdi.

17.05.2018 04:54

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ