Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Aztəminatlılar mənzil almamış MİDA mənfəətlə işləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aztəminatlılar mənzil almamış MİDA mənfəətlə işləyib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112 milyon 47 minmanat təşkil edib.

 

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 10,5 dəfə çoxdur.

 

2017-ci ildə MİDA-nın cəmi öhdəlikləri 74% və yaxud 3,85 dəfə azalaraq 32 min manata, cəmi kapitalı isə dövlət büdcəsindən ayrılmış 100 milyon manat vəsaitin hesabına 10,65 dəfə artaraq 112 milyon 15 min manata çatıb.

 

Ötən il şirkətin əməliyyat gəlirləri 37 min manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), maliyyə gəlirləri 5,32 mln. manat (10,7 dəfə çox), inzibati və əməliyyat xərcləri 3,616 mln. manat (3,7 dəfə çox), mənfəət vergisi xərci isə 248 min manat (16,5 dəfə çox) təşkil edib. Son nəticədə MİDA 2017-ci ili 1 milyon 493 min manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2016-cı ildən 478 min manat xalis zərərlə çıxmışdı.

 

Xatırladaq ki, “MİDA” MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 mln. manatdır. 

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Report

18.05.2018 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ