Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İstirahət günlərinin hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərinin hava proqnozu açıqlandı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərinin hava proqnozunu açıqlayıb.

Reklam_3_11

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, may ayının 19-20-də Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq.

 

Naxçıvan Muxtar Respublikasında mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

 

Bakıda yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

18.05.2018 15:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ