“PAŞA Bank”ın Türkiyədəki törəməsinin nizamnamə kapitalı 2 dəfəyə yaxın artırılır
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın nizamnamə kapitalı 245 mln. türk lirəsi və yaxud 96,08% artırılaraq 500 mln. lirəyə çatdırılacaq.
Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) bilirilib.
Məlumata görə, bununla bağlı yekun qərar “PAŞA Yatırım Bankası” səhmdarlarının ötən gün keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, kapital artımı üçün tələb olunan vəsaiti Türkiyə bankında dolayı yolla 59,95% paya malik olan “PAŞA Holdinq” MMC təmin edəcək.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 3 il öncə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir. “PAŞA Bank”ın səhmlərinin isə 60%-i “PAŞA Holdinq”ə məxsusdur.
“PAŞA Yatırım Bankası”nın nizamnamə kapitalı artırıldıqdan sonra burada “PAŞA Holdinq” 49%, “PAŞA Bank” 50,96%, “Aksoy Holdinq” isə 0,04% paya malik olacaq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. əvvəl
-
43 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 4 saat əvvəl