Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Dəmirbank”ın Kreditorlar Komitəsi yaradılıb, ilk iclası keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dəmirbank”ın Kreditorlar Komitəsi yaradılıb, ilk iclası keçiriləcək - TARİX
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Apellyasiya Məhkəməsinin  İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr  2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

 

Reklam_3_11

Fondun yaydığı məlumata örə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb. Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və  bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

 

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Yuxarıda qeyd olunanlarla əlaqədar bildiririk ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası 01 iyun 2018-ci il tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək.

 

Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur. 

19.05.2018 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ