Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

Reklam_3_11

EUR

Dünya valyuta birjalarında avronun ucuzlaşdığı müşahidə edilir. Artıq yeni həftənin ilk sessiyasında 1.18$-ın altında təklif edilən EUR/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa bilər.

 

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın sənaye sektoru ilə bağlı fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

GBP

 

GBP/USD məzənnəsinin də ucuzlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, 1.3425$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi 1.3500$-ın altında qaldıqca, eniş dalğasının 1.3370$ və 1.3270$-a kimi də sürətlənməsinə səbəb ola bilər.

 

Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiyası ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

TRY

Türkiyə bazarlarında da dollar yenidən artım dalğasını bərpa edərək, 4.52TL-ə kimi bahalaşıb. Qiymət 4.50TL-nin üzərində qaldıqca, 4.56 və 4.61TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Türkiyədə siyasi və iqtisadi risklərin artması, lirənin qiymətinə mənfi təsir etməkdədir.

 

OIL

Enerji bazarlarında isə Brent neftinin qiyməti 2$-lıq korreksiyadan sonra yenidən bahalaşmağa başlayıb və qiymət 79$-ın üzərində qaldıqca, 80 və 81$-a kimi də dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1290$-ın (41.4 $/qram) altında təklif edilməkdədir. Keçən həftənin minimum səviyyəsi qırılarsa, onda qiymətin 1277$ (41.0 $/qram) və 1268$-a (40.7 $/qram) kimi dəyər itirə biləcəyi proqnozları güclü olaraq qalır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Risk bildirişi

 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

21.05.2018 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ