Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində!

Üçüncü dəfə keçirilən Bakı Ticarət Festivalı (“Baku Shopping Festival”) zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.

 

Reklam_3_11

Belə ki, may ayının 31-dək davam edəcək Festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

 

Eyni zamanda, Festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

 

Festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı sualla bağlı ölkə vətəndaşları və turistlər Palataya müraciət edə bilərlər:

 

Koordinator: Vüsal Həsənov

Email: [email protected]  

Tel: (+994) 12 493 50-58 (daxili 429)

          Mobil: (+994) 55 294 00-05

 

Qeyd edək ki, bu günə qədər banklarla bağlı Palataya heç bir şikayət daxil olmayıb. Müraciətlər yalnız  əlavə dəyər vergisinin geri alınması ilə bağlı suallardan ibarətdir ki, bu suallar da qaynar xətt vasitəsi ilə dərhal cavablandırılıb.  

21.05.2018 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ