Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Rabitbank” 2016-dan necə çıxıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitbank” 2016-dan necə çıxıb?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Rabitəbank” maliyyə hesabatılarının açıqlayıb.

 

Reklam_3_11

“Marja” hesabatlara istinadən xəbər verir ki, Bankın aktivləri ötən il 2015-ci illə müqayisədə 101,6 milyon manat və ya 22,5% artaraq 31.12.2016-cı il tarixində 552 milyon 288 min manata çatıb. Ötən il Bankın kredit portfeli 214 milyon 328 min manatdan 183 milyon 335 min manata geriləsə də, likvid aktivlər 139 milyon 16 min manatdan 283 milyon 29 min manata qalxıb.

 

Ötən il 2015-ci illə müqayisədə Bankın öhdəlikləri 30% artaraq 506 milyon 677 min manata yüksəlib. Bankda müştərilərin cari hesabları və müştərilərin müddətli depozitləri artıb.

 

Ötən il “Rabitəbank”ın cəmi balans kapitalı 61 milyon 52 min manatdan 45 milyon 612 min manata geriləyib. Səbəb Bankın ötən il 12 milyon 873 min manat zərər etməsidir. Bank 2015-ci ildə 2 milyon 323 min manat xalis mənfəət açıqlamışdı.

 

Ötən ilin sonunda “Rabitəbank”ın məcmu kapitalı 61 milyon 174 min manat təşkil edib. Bank 2015-ci ilin sonunda 67 milyon 485  min manat məcmu kapitala malik idi.

 

"Rabitəbank"ın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

03.02.2017 10:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ