Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Sığorta şirkəti avtomobilimə dəymiş ziyanın heç 1/5-ni ödəmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sığorta şirkəti avtomobilimə dəymiş ziyanın heç 1/5-ni ödəmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Sığorta şirkəti avtomobilimə dəymiş ziyanın heç 1/5-ni ödəmir. Maşınıma 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb".

 

Bunu açıqlamasında Lənkəran rayon sakini Amid Nazim oğlu Həsənov deyib. 

 

Zərərçəkmişin şikayəti Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindəndir ("Azərsığorta"). 

 

Onun sözlərinə görə, bu il mayın 7-də ona məxsus 99-BC-481 dövlət nömrə nişanlı, "Mercedes E-220" markalı minik avtomobili 44-CA-744 dövlət nömrə nişanlı "Mercedes E-240" markalı maşın tərəfindən vurulub. Hadisə Masallı rayonunda baş verib. A.Həsənovun sözlərinə görə, qarşı tərəfin avtomobilini icbari qaydada sığortalamış "Azərsığorta"nın nümayəndəsi hadisə yerinə gəlməyib və onun çəkdiyi fotolar əsasında dəymiş ziyanın məbləğini müəyyən edib. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Pul ayrılsa da, mən o pulu qəbul etməmişəm. Hazırda maşın da olduğu kimi qalıb. Dəfələrlə şirkətə müraciət etsəm də, hər gün deyirlər ki, təkrar baxış edərik. Ancaq heç kim gəlib baxmır. Şikayət etdiyimiz üçün kobud danışırlar”, - deyə şikayətçi qeyd edib.

 

 "Azərsığorta"dan bildirilib ki, şirkət müəyyənləşdiyi sığorta ödənişi məbləğinə tam cavabdehdir, çünki həmin məbləğ təmir xidməti ilə birlikdə hesablanır: "Təmir xidməti hesablanmış məbləğə avtomobili təmir edəcəyini bildirdikdən sonra, həmin məbləği vətəndaşa təklif edirik. Vətəndaşların istəyi ilə təmir bir neçə yerdə həyata keçirilə bilər”. 

 

Öz növbəsində zərərçəkmiş A.Həsənov qeyd edib ki, sığorta şirkəti tərəfindən ayrılmış pula uyğun avtomobilini tam təmir etdirmək qeyri-mümkündür.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

22.05.2018 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ