Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın müvəqqəti sədri çinliləri qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın müvəqqəti sədri çinliləri qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycana səfərdə olan Çinin İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (SINOSURE) nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankında olub.

 

Korporasiyanın icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bankın İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icraçısı Abbas İbrahimov onlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Qonaqları ölkəmizin iqtisadi həyatında Azərbaycan Beynəlxalq Bankının rolu barədə məlumatlandıran Abbas İbrahimov bankın çoxlu sayda korporativ müştərilərin böyük biznes tərəfdaşı olduğunu, irimiqyaslı biznes layihələrinə dəstək verdiyini qeyd edib. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Öz növbəsində, Vanq Yin də təmsil etdiyi korporasiyanın fəaliyyəti barədə danışıb. Çinin biznes qurumlarının Azərbaycan şirkətləri ilə əməkdaşlığına dəstək niyyətlərini açıqlayıb. Bankla bu sahədə gələcək tərəfdaşlıq imkanlarına diqqət yönəldib.

 

Müzakirələr zamanı qarşılıqlı əlaqələrin davam etdirilməsi, xüsusilə bankın korporativ müştərilərinin belə bir tərəfdaşlıq imkanı barədə məlumatlandırılması və s. məsələlər üzrə ümumi rəy əldə olunub. 

 

Xatırladaq ki, adı çəkilən Korporasiya dünyadakı ixrac kredit agentlikləri arasında ən böyüyüdür. Qurum 2001-ci ilin dekabrında fəaliyyətə başlayıb. Mənzil-qərargahı Pekində yerləşir. SINOSURE dünya miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. SINOSURE hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.

22.05.2018 12:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ