Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gündən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirici monitorinqlərə başlayıb.

 

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən verilən məlumata görə, bu ilin may və iyun aylarını əhatə edəcək monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərində maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

 

Monitorinqlərin ilk günündə AQTA nümayəndələri “Bakı Qida və Yağ Fabriki” MMC, “Sun-Tea Çay Fabriki” MMC və “AzMeat Production” MMC-də olub, istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında məlumat veriblər. Monitorinq zamanı sahibkarlıq subyektlərinə məlumatverici təlimatlar təqdim olunub, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsulları istehsalının qarşıda duran əsas vəzifə olduğu vurğulanıb.

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

22.05.2018 14:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ