Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Serbiya arasında müntəzəm aviareyslər açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Serbiya arasında müntəzəm aviareyslər açılacaq

 

Bu il mayın 21-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında" saziş imzalanıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiyanın Mülki Aviasiya Direktorluğu arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması ilə başlayıb. Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

"Hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələrimiz arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək", - deyə məlumatda vurğulanıb.

23.05.2018 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ