Reklam yayıcıları üçün elektron müraciət sistemi - QİYMƏTİ ÖYRƏN VƏ MÜRACİƏT ET

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin strukturuna daxil olan 11 Ərazi Reklam İdarəsi yaradılıb.  

 

"Marja" Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir.

 

Agentlik fəaliyyətini sahibkarların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində qurub. On bir Ərazi Reklam İdarəsi bu fəaliyyətin ölkə ərazisini əhatə etməsi üçün yaradılıb.

 

Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni həyata keçirməkdir.

24 May 2018 , 09:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin