Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Xəyal Məmmədxanlıya vəzifə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəyal Məmmədxanlıya vəzifə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasının (Birlik) təşkilatçılığı ilə Birlik nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk görüşü baş tutub.

 

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin digər əməkdaşları, həmçinin, Birliyə 2018-ci ildən etibarən üzv olan “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlı, “Avand” Sığorta Brokerinin rəhbəri Orxan Həsənov, “AS Prof” Sığorta Agentliyi MMC-nin rəhbəri Cahid Qurbanov, “Efendi Legal and İP Consultancy” MMC-nin rəhbəri Elmar Hacıyev və baş mühasibi iştirak edib.

 

İclası açıq elan edən Mustafa Abbasbəyli sığorta vasitəçilərinin Birliyə üzvlüyünün yenilik olduğunu bildirdi və 2018-ci ildə beş sığorta vasitəçisinin Birliyə üzv olduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha iki vasitəçinin Birliyə üzv olmasının gözlənildiyini vurğulayıb.

 

Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin Birliyə üzv kimi qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. Mustafa Abbasbəyli Vasitəçilər komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib.

 

Görüşün yekununda Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” Baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə Birliyin Müşahidə Şurasına təqdimat verilməsi qərara alınıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının 07.05.2018-ci il tarixli görüşündə Birlik nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınmışdır.

24.05.2018 07:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ