Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Kənd təsərrüfatına 10 milyon manat kreditin ayrılmasına qərar verdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kənd təsərrüfatına 10 milyon manat kreditin ayrılmasına qərar verdik"

"Cari ilin sonuna qədər ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kreditin ayrılması haqqında qərar qəbul etdik".

 

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

 

M.Əliyevin sözlərinə görə, kəndli və fermerlər bu kreditlərdən yararlana bilərlər.

 

"Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib.

 

1 GÜNƏ KREDİT ALIN!


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin kəndli və fermerlərə verdiyi kredit ilə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) sahibkarlığın inkişafına ayırdığı kreditlərin fərqi açıqlanıb.

 

Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, xidmətin ayırdığı kreditlər yalnız aqrar sahədə, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə  məşğul olan şəxslər üçün nəzərdə tutulub.

 

“Bizim kreditlərin Sahibkarlığa Kömək Milli Fondu kreditlərindən fərqi ondadır ki, biz aqrar sahəni diqqətdə saxlayırıq.  Bizdə məbləğlər maksimal 200 min manata qədərdir. Çünki bu, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına yönəldilib”, - deyə M.Əliyev əlavə edib.

 

AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

 

© APA

24.05.2018 10:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ