Yük avtomobilləri şinlərinin təkrar emalı müəssisəsi yaradılıb
Naxçıvanda emal sənayesində yeni bir sahə - yük avtomobilləri şinlərinin təkrar emalı müəssisəsi yaradılıb.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində fiziki şəxs Heydər Quliyev tərəfindən yaradılan yük avtomobilləri şinlərinin təkrar emalı müəssisəsində Türkiyə və Almaniya istehsalı olan texnoloji avadanlıqlardan istifadə edilir. Burada 5 nəfər daimi işlə təmin olunub.
Müəssisədə təkrar emal olunan şinlər ölkəmizin paytaxtı Bakı şəhərinə və digər regionlara, eyni zamanda, İran İslam Respublikasına satışa göndərilir. Heydər Quliyevin sözlərinə görə, aylıq istehsal gücü 2 min ədəd şin olan müəssisədə təkrar emal olunan məhsullara 1 il zəmanət verilir.
Qeyd edək ki, yenidən istehsal olunan şinlərin qiyməti, xarici ölkələrdə satılan şinlərin qiymətindən dəfələrlə ucuzdur. Belə ki, xarici ölkələrdə şinin qiyməti 800-900 manat arasında dəyişir. Lakin yeni müəssisədə şinlərin qiyməti 200-250 manat təşkil edir.
Gələcəkdə müəssisə fəaliyyət dairəsini genişləndirərək minik avtomobilləri şinlərinin təkrar emalını da həyata keçirməyi nəzərdə tutur.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
19 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır