Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-dan İrana yeni sanksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan İrana yeni sanksiya

ABŞ rəhbərliyi, "qara siyahısındakı" İranın  hava yolu şirkətlərinə ABŞ istehsalı olan avadanlıqları satdıqlarına görə 9 şəxs və şirkətə qarşı sanksiya tətbiq etməyi qərara alıb.
 

"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyindən verilən yazılı açıqlamada, İranın  "Mahan", "Caspian", "Meraj" və "Pouya" hava yolu şirkətlərinə ABŞ məhsullarını tədarük etdiyi iddia edilən 3 nəfər və 6 şirkətin adı sanksiya siyahısına daxil edilib.
 

Bundan başqa, sanksiya siyahısındakı İranın hava yolları şirkətlərinə aid 31 təyyarəyə xidmət və ya eniş icazəsi verənlərə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.
 

ABŞ-ın sanksiya tətbiq etdiyi İranın hava yolu şirkətlərinin terror təşkilatı "Hizbullah"a, Əsəd rejiminə silah və maliyyə təmin etdiyi iddia edilib. Açıqlamada, ABŞ-ın xəzinə naziri Steven Mnuchin-in bu ifadələrinə yer verilib:
 

"Ölkələr və şirkətlər, İran tərəfindən bölgəyə terror ixrac etmək üçün istifadə edilən hava yolları şirkətlərinə eniş icazəsi və aviasiya xidmətləri təmin etməyin yaradacağı riskləri nəzərə almalıdırlar. Bu hava yolu şirkətlərinin ABŞ məhsullarını və xidmətlərini əldə etmələri üçün istifadə etdiyi aldadıcı tədbirlər, İran rejiminin qalması üçün istifadə edilən hiyləgər yollardan biridir".


 
1 GÜNƏ KREDİT ALIN!

 
6 şirkət arasında  İranın hava yolları şirkətləri ilə ilə çalışan Türkiyənin 4 logistika və aviasiya şirkəti də yer alıb. Siyahıdakı digər adlar İran vətəndaşları və şirkətləridir.

25.05.2018 06:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ