Fed/Evans: Faiz artımları yavaş sürətdə olmalıdır
ABŞ Mərkəzi Bankı Fed-in Çikaqo şöbəsinin sədri Çarlz Evans risklərdən qaçmaq üçün faizlərin "yavaş" sürətlə artırılması lazım olduğunu bildirib. Evans çıxışında iqtisadiyyatın bir neçə il ərzində 2-2.5% artacağını proqnozlaşdırarkən, inkişafın maliyyə siyasətlərilə dəstəkləndiyinə diqqət çəkib.
Bu il Fed-in pul siyasətini müəyənləşdirən FOMC-da səsvermə hüququ olan Evans, FOMC-ın keçən həftəki toplantısından bəri ilk danışan Fed rəsmisi olub. İşsizlik nisbətinin düşməyə davam edəcəyini proqnozlaşdıran Evans 2019-da işsizliyin 4.25% olacağını bildirib. Fed keçən həftə faiz dərəcələrini dəyişdirməyərək 0.50 - 0.75% aralığında saxlamışdı. Fedin növbəti iclası 14 - 15 Martda baş tutacaq.
Evans Fedin ən "göyərçin" tonda çıxış edən üzvlərindən sayılır. Evans inflyasiyanın 2%-lik hədəfə çatması üçün faizlərin aşağı saxlanılmasının tərəfdaşıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl