Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Moskvadan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moskvadan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın “İkar” aviaşirkəti 2017-ci il martın 14-dən başlayaraq Moskvanın “Jukovski” Beynəlxalq Hava Limanından Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

 

Bu barədə  Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

 

Verilən məlumata görə, “İkar” aviaşirkəti fevralın 13-dən martın 25-dək qış mövsümü çərçivəsində Bakıya uçuşlar keçirməli idi.

 

Lakin yanvarın 30-da aviaşirkətin reysləri bir ay müddətinə təxirə salması barədə məlumat daxil oldu.

 

Beləliklə, martın 14-dən başlayaraq “İkar” həftədə 4 dəfə uçuşlar həyata keçirəcək. Martın 26-dan isə, yay mövsümü başladıqdan sonra uçuşlar hər gün həyata keçiriləcək.

 

© Trend

06.02.2017 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ