"Caspian Development Bank” 2016-dan mənfəətlə çıxıb

 

"Caspian Development Bank (CDB)" ASC 2016-cı ili 8 milyon 597 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın malyyə hesabatlarına istinadən xəbər verir ki, Bank 2015-ci ildə də təxminən bu məbləğdə - 8 milyon 426 min manat xalis mənfəət açıqlamışdı.

 

QEYRİ-FAİZ GƏLİRLƏRİ FAİZ GƏLİRLƏRİNDƏN ÇOX OLUB

 

2016-cı ildə "Caspian Development Bank"ın cəmi gəlirləri 22 milyon 262 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 916 mina manat, qeyri-faiz gəlirləri isə 13 milyon 346 min manat  təşkil edib. Faiz və qeyri –faiz xərcləri çıxıldıqdan sonra 15 milyon 106 min manat əməliyyat mənfəti qalıb. Əməliyyat mənfəətinin 4 milyon 351 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Nəticədə qalan 10 milyon 755 min manat mənfəətdən 2 milyon 157 min manat mənfəət vergisi ödənilib və Bank ili 8 milyon 597 min manat xalis mənfəət ilə başa vurub.

 

Qeyd edək ki, 2015-ci ildə "Caspian Development Bank" 41 milyon 798 min manat cəmi gəlir, o cümlədən 4 milyon 897 min manat faiz, 36 milyon 901 milyon manat qeyri-faiz gəliri əldə etmişdi.

 

Bank 2015-də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 27 milyon 727 min manat ayırmışdı.

 

AKTİVLƏRİ DƏYİŞMƏYİB

 

31.12.2016-cı il tarixinə "Caspian Development Bank (CDB)"ın cəmi aktivləri 129 milyon 294 min manat təşkil etmişdir ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə demək olar ki, eynidir. Bank 31.12.2015-ci il tarixində 129 milyon 60 min manat cəmi aktivlərə malik idi.

 

Ötən il müştərilərə verilən kreditlər cüzi azalaraq 109 milyon 294 min manatdan 101 milyon 57 min manata geriləyib.

 

2015-ci illə müqayisədə ötən il Bakın öhdəlikləri 9% azalaraq 31.12.2016-cı il tarixinə 63 milyon 765 min manat təşkil edib. Öhdəliklərin 39 milyon 244 min manatını depozitlər təşkil edib.

 

KAPİTALI ARTIB

 

Ötən il Bankın cəmi balans kapitalı 6 milyon 489 min manat artaraq 65 milyon 529 min manata yüksəlib.

 

“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir.  24 sentyabr  2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır. “Caspian Development Bank (CDB)” ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.

 

“Caspian Development Bank (CDB)”  “Synergy Group”a daxildir.

6 Fevral 2017 , 09:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin