Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Alfa Sığorta”nın kreditorlarına ödənişlər yekunlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Alfa Sığorta”nın kreditorlarına ödənişlər yekunlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər 24 may tarixində həyata keçirilərək yekunlaşıb.  Palatanın yaydığı məlumata görə, ikinci növbə ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aid olaraq 44 nəfərə ödənilib.

 

Reklam_3_11

Kreditorların tələblərinin birinci növbə üzrə sığorta ödənişləri “İcbari Sığortalar haqqında” Qanuna  əsasən İcbari Sığorta Bürosu tərəfindən qarşılanıb.

 

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır.

 

Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

29.05.2018 16:11

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ