Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft bazarları üçün "yeni şok" meydana gələ bilər - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bazarları üçün "yeni şok" meydana gələ bilər - XƏBƏRDARLIQ

ABŞ və Çin arasında ticarətə dair gərginliyin yenidən artması, Avropadakı siyasi çaxnaşma, OPEC və tərəfdaşlarının hasilatlarını artıracaqları xəbəri ilə neft qiymətləri aşağı düşür. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Çindən idxala 50 milyard dollar gömrük vergisi tətbiq edilməsini nəzərdə tutan planlarına davam edəcəyini qeyd edib. Bunun nəticəsi dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı münaqişə yenidən ön plana çıxıb.

 

Bandan başqa bazarlar, İtaliyanın Avro Bölgəsində qalıb qalmamağı da ehtiva edən bir referendumun keçirilə biləcəyi xəbəri ilə sarsılıb.  
 

Digər tərəfdən, Səudiyyə Ərəbistanı və Rusiya İyun ayında keçiriləcək iclas öncəsi istehsalı artıra biləcəklərinə işarə ediblər. 

 

Artıq neft qiymətləri bu aykı qazanclarının hamısını geri verib.

 

Həmçinin investorlar, ABŞ-dakı xam neft hasilatını da izləyirlər. Qlobal maliyyə şirkəti "Barclays Plc", ABŞ-da neft saxlama mərkəzi Oklahomadakı çənlərə gedən kəmərlərin gücünün kifayət etməməsinin neft axını üçün təhdid meydana gətirə biləcəyi və neft bazarları üçün "yeni bir şok" meydana gələcəyi barədə xəbərdarlıq edib. Kəmərlərin nəqlə gücü çatmadığından hasil edilən neft bazara yönəldiləcək və təklifin artması ilə qiymətlər daha da düşə bilər.
 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Analitiklər bildirirlər ki, Avropada siyasi qarışıqlıq nefti daha da aşağı sala bilər. Trampın Çin üzərində təzyiq yaratmağa yönələn hərəkəti investorların bir sonrakı hərəkətin nə olacağı məsələsinə narahat olmasına səbəb olur. Digər tərəfdən investorlar, kvotalarda dəyişiklik olub olmadığını anlamaq üçün yaxınlaşan OPEC iclasını gözləyirlər.
 

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 0.6 faiz düşərək bareli 66.35 dollara, Brent nefti 0.8 faiz düşərək bareli 74.81 dollara qədər geriləyib.  

30.05.2018 06:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ