Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azər Türk Bank nağdlaşdırmada 0,3 faiz komissiya tutacaq - YENİ KAMPANİYA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank nağdlaşdırmada 0,3 faiz komissiya tutacaq - YENİ KAMPANİYA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri üçün 28 may - 28 iyun tarixləri ərzində göstərilən xidmət və məhsullar üzrə növbəti kampaniyaya başlamışdır.

Reklam_3_11

 

Bankın mövcud müştəriləri üçün əlavə cari hesabın açılması, çek kitabçası, hesab üzrə arayışın və ya təkrar çıxarışların verilməsi və tarif üzrə 30 manat qiymətində olan MasterCard Business ödəniş kartının sifarişi kampaniya ərzində pulsuz olacaq, bu tarixlərdə POS-terminallar üzrə minimal aylıq ödəniş edilməyəcəkdir.

 

Kampaniya müddətində Azər Türk Bankla yeni əməkdaşlığa başlayan korporativ müştərilər 2018-ci il dekabr ayının 31-dək nağd vəsaitləri 0,5 faiz deyil, 0,3 faiz komissiya ilə almaq imkanına malik olacaq, eləcə də, nağdsız mübadilə əməliyyatlarını  0,5 faiz əvəzinə,  0,4 faiz komissiya ilə yerinə yetirə biləcəklər.

 

Bu müştərilər həmçinin cari ilin sonunadək ölkədaxili (min.1, max. 100 manat həcmində) köçürmələri 0,1%, ölkədən kənara (min. 30, max. 400 USD,EUR, GBP) köçürmələri  0,3%  komissiya ilə həyata keçirəcəklər.

 

Yeni müştərilər üçün cari hesabların açılması, çek kitabçalarının verilməsi də kampaniya müddətində ödənişsiz olacaqdır.

 

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

30.05.2018 10:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ