Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

14 bankın qiymətli kağızlara investisiyaları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
14 bankın qiymətli kağızlara investisiyaları artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il aprelin 1-nə olan vəziyyətə görə, qiymətli kağızlara investisiyalarının illik dinamikası barədə məlumat verib ki, bunlardan da 14-də müsbət dinamika müşahidə edilib.

 

Reklam_3_11

Son 1 ildə fond bazarına investisiyaları ən çox artıran bank "Muğan Bank" (22,8 dəfə), ən az artıran bank isə "Atabank" (30,2%) olub.

 

4 bankda isə qiymətli kağızlara investisiyalar azalıb. Ən çox azalma "Bank of Baku"da (45,6%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (15,9%) qeydə alınıb.

 

4 bank  - "AFB Bank", "Amrah Bank", "Bank BTB" və "Unibank" qiymətli kağızlara investisiya qoymağa yenicə başlayıb. 7 bank - "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Bank VTB Azərbaycan", "Günay Bank", "Naxçıvan Bank" və "NBC Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

 

1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə qiymətli kağızlara investisiyalarının dinamikasını açıqlamayıb.

 

4 BANKIN İNVESTİSİYALARI 100 MİLYON MANATDAN ÇOXDUR

 

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

 

Bunlar "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Bank VTB Azərbaycan", "Günay Bank", "Naxçıvan Bank" və "NBC Bank"dır.

 

Digər 23 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 113,4 milyon manat), "PAŞA Bank" (306,29 milyon manat), "Kapital Bank" (304,615 milyon manat) və "Xalq Bank"dır (153,3 milyon manat).

 

Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 5 bankda isə 10 milyon manatdan da azdır. Həmin banklar "Amrah Bank" (560 min manat), "Express Bank" (2,757 milyon manat), Pakistan Milli Bankının Bakı filialı (5,516 milyon manat), "Bank BTB" (6,592 milyon manat) və "Unibank"dır (8,235 milyon manat).

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Renkinq

30.05.2018 10:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ