Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Citigroup": Neft qiymətləri 2022-ci ilə qədər sabit qalacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Citigroup": Neft qiymətləri 2022-ci ilə qədər sabit qalacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya bazarında 2022-ci ilə qədər neft qiymətləri 40-65 dollar/barel diapazonunda hərəkət edəcək.  "Forexpf.ru" saytı xəbər verir ki, bu proqnoz ABŞ-ın məşhur "Citigroup" maliyyə holdinqinin analitikləri tərəfindən irəli sürülüb. 

 

Reklam_3_11

Ekspertlər bu proqnozu OPEC-in hasilatı azaltması səbəbindən neft qiymətlərinə dəstək olması və 40 dollar/bareldən aşağı düşməməsi, ABŞ şist neft istehsalçılarının 65 dollar/barel səviyyəsində hasilatı maksimal həddə çatdırması ilə izah edirlər. Analitiklərin fikrincə, ABŞ şist neft hasilatçıları hətta 50 dollar/barel qiymət səviyyəsində effektiv nəticə göstərə bilirlər.

 

Qeyd edək ki, dünən, fevralın 3-də ABŞ "Baker Hughes" şirkəti tərəfindən açıqlanan hesabata görə, ölkədə aktiv neft quyularının sayı 17 ədəd və ya 3% artaraq 583 ədəd təşkil edib. Bu da yaxın gələcəkdə neft hasilatının daha da artacağını göstərir. Xatırladaq ki, 2016-cı ilin yayında ABŞ-da gündəlik neft hasilatı 8,6 mln. barel idisə, hazırda bu göstərici 8,9 mln. barel/gün təşkil edir.

 

© Report

04.02.2017 08:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ