Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Devalvasiyalar “Bakı Fond Birjası”na xeyir verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Devalvasiyalar “Bakı Fond Birjası”na xeyir verib

Devalvasiyalardan sonra Mərkəzi Bankın emissiya etdiyi notlar Bakı Fond Birjasının gəlirlərinin kəskin artmasına səbəb olub.


 

Reklam_3_11

“Bakı Fond Birjası” QSC 2017-ci ili 1 milyon 471 min manat xalis mənfəətlə başa vurub. Halbuki birja, 2016-cı ili 116 min 281 manat zərər ilə bağlamışdı.

 

“Marja” QSC-nin hesabatına istinadən xəbər verir ki, 2016-ci ildə 708,5 min manat olmuş cəmi gəlirlər 2017-ci ildə 2 milyon 764 min manata yüksəlib. Əqdlər üzrə tarif gəlirləri 645 min manatda 2 milyon 712 min manata qalxıb. Gəlirlərin 2 milyon 80 min manatı Azərbaycan Respublikasının Mərkəzi Bankının buraxdığı notlar, 326,7 min manatı isə Maliyyə Nazirliyinin buraxdığı xəzinə istiqrazları üzrə əldə edilib.

 

Birja əməliyyat xərclərini də azaldıb. 2016-cı ildə 1 milyon 219 min manat təşkil etmiş xərclər 2017-də 1 milyon 7 min manata düşüb.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Qeyd edək ki, 2017-ci ildə Vüqar Namazov “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sərdi vəzifəsinə təyin olunmuşdur.

 

Həmçinin ötən il dövlət qiymətli kağızlarının (Mərkəzi Bankı notları və Maliyyə Nazirliyinin istiqrazları) emissiyalarının artması ilə Bakı Fond Birjasının da dövriyyəsi kəskin artıb.

 

Devalvasiyalardan sonra Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərracı və notların yerləşdirilməsi üzrə hərraclar keçirir. İqtisadiyyatda maliyyə vasitəçilinin zəif olaraq qalması şəraitində bank sistemində akkumulyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə yüksək tələbi şərtləndirmişdir. 

30.05.2018 13:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ