Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kredit portfelini artıran banklar - 3-də 1 MİLYARDDAN ÇOXDUR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit portfelini artıran banklar - 3-də 1 MİLYARDDAN ÇOXDUR

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il aprelin 1-nə olan vəziyyətə görə, kredit portfelinin illik dinamikası barədə məlumat verib ki, bunlardan da 14-də müsbət dinamika müşahidə edilib.

 

Reklam_3_11

Bunlar "Zıraat Bank Azərbaycan", "NBC Bank", "Rabitəbank", "Bank BTB", "Günay Bank", "Naxçıvan Bank", "Atabank", "PAŞA Bank", "Bank Silk Vey", "Express Bank", "Nikoyl Bank", "Xalq Bank", "Muğan Bank" və "Bank Respublika"dır. Ən yüksək dinamika "Zıraat Bank Azərbaycan"da (44,8%), ən aşağı dinamika isə "Bank Respublika"da (0,1%) qeydə alınıb.

 

15 bankın isə kredit portfeli azalıb. Ən çox azalma İran Milli Bankının Bakı filialında (47,2%), ən az azalma isə "Turan Bank"da (0,8%) olub.

 

1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə kredit portfelinin dinamikasını açıqlamayıb.

 

3 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

 

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün kredit portfeli 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 670,399 milyon manat), "Xalq Bank" (1 281,035 milyon manat) və "Kapital Bank"dır (1 037,63 milyon manat).

 

Qalan 27 bankdan 20-nin kredit portfeli 100-500 milyon manat arasında, 5 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (1,314 milyon manat) və İran Milli Bankının Bakı filialıdır (3,179 milyon manat). 

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© "Renkinq"

31.05.2018 07:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ