Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Auditdən keçdi, mənfəətə çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Auditdən keçdi, mənfəətə çıxdı

“Rabitəbank”ASC-nin audit olunmuş maliyyə hesabatına əsasən, bank 2017-ci ili 217 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bank rüblük hesabatında ötən ili 11 milyon 563 min manat zərər ilə bağladığını açıqlamışdı.

 

“Marja” audit hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 30 milyon 965 min manat olmuş faiz gəlirləri 2017-də 26 milyon 554 min manata düşüb. Qeyri-faiz gəlirləri isə 5 milyon 26 min manatdan 6 milyon 866 min manata yüksəlib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Ötən il “Rabitəbank”ın əməliyyat gəliri 24 milyon 67 min manat, xərcləri isə 23 milyon 850 min manat təşkil edib. Nəticədə Bank 217 min manat xalis qazanc əldə edib.

 

Audit hesabatına görə, 2017-ci ildə “Rabitəbank”ın zərəri 22 milyon 689 min manat təşkil edib. Rüblük hesabatda zərər 12 milyon 873 min manat olaraq açıqlanmışdı.

 

Bankın dəyərsizləşəmə üzrə zərəri də azalıb. 2016-cı ildə 30 milyon 607 min manat olmuş bu zərər, 2017-də 8 milyon 337 min manata düşüb. Bu, bankın kreditlərinin pisləşməsinin azaldığına işarədir.

 

“Rabitəbank”da müstəqil auditi "KPMG Audit Azərbaycan" şirkəti aparıb.

31.05.2018 10:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ