Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb.


 

Reklam_3_11

Bu gün ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi və işsizlik nisbəti açıqlanacaqdır.

 

"Marja" xəbər verir ki, Mayda məşğulluğun 189 min artdığının və işsizlik nisbətinin 3,9% təşkil etdiyinin açıqlanacağı gözlənilir. Aprel ayında məşğulluq 164 min artmış, işsizlik nisbəti 3,9% təşkil etmişdi.

 

Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. 

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

ABŞ-da bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisi, Fed-in İyunda faiz artırıb-artırmayacağına dair ipucu verə biləcəyindən investorların diqqətindədir.

 

Əgər açıqlanacaq məşğulluq sayı 189 mindən yüksək olarsa Dollar bahalaşa, aşağı olarsa ucuzlaşa bilər.

 

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN


ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri  3 və ya 4 dəfə  artıracağı gözlənilir. Artıq Mart toplantısında faizlər artırılıb. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.

01.06.2018 07:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ