Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“MƏTANƏT A” bu dəfə regionda ustaları bir araya yığıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MƏTANƏT A” bu dəfə regionda ustaları bir araya yığıb

 

 “Mətanət A” Şirkəti ustaların maarifləndirilməsi ilə bağlı silsilə tədbirlərini davam etdirir.

Reklam_3_11

 

Şirkətə məxsus Azərbaycanın ilk və yeganə peşəkar “Ustalar Klubu” bu dəfə regionda müxtəlif sahələr üzrə ixtisaslaşmış 300-dən çox ustanı bir araya yığıb.  Tovuz şəhərində baş tutmuş və “Peşəkarlar hər yerdə” adlandırılan təlimdə qərb bölgəsinin 8 rayonu - Qazax, Şəmkir, Ağstafa, Gəncə, Daşkəsən, Gədəbəy və Goranboy rayonlarından olan ustalar iştirak edib. Burada “Mətanət A”- nın mütəxəssisləri şirkətin istehsal etdiyi bir sıra məhsullar barədə ustalara ətraflı məlumat verib, bu məhsulların fərqli xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb. Blokpan və Parmawood məhsullarının isə tətbiqi əyani nümayiş olunub.

 

Bildirilib ki, BLOKPAN təbii gipsdən hazırlanan hazır hörgü materialıdır. BLOKPAN daxili məkanlarda arakəsmələrin hörülməsində istifadə olunan mükəmməl məhsuldur. Bu məhsul ən son texnologiya və ən müasir avadanlıqlarla təhciz edilmiş AĞDAĞ zavodunda istehsal edilir. Rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyət tələblərinə cavab verən arakəsmələr hörməyə imkan verir.

 

PARMAWOOD isə iki komponentli unikal parket yapışdırıcısıdır.  Daxili məkanlarda, hətta isti döşəmələrdə hər cür ölçüdə olan parket, laminat və ağac yer örtüklərinin yapışdırılmasında istifadə edilir. Elastik olduğu üçün deformasiyaya davamlıdır. Yüksək yapışdırma gücünə malikdir və suyun parket arasına keçməyinə imkan vermir. .

 

Sual – cavab formatında davam edən təlim zamanı ustalara tikinti sahəsində müasir texnologiyaları və avadanlıqları, yeni innovativ məhsullar və onların tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. . Bütün iştirakçılara “Mətanət A”-nın “Ustalara Klubu”-na üzvlük kartı verilib, təlimi uğurla başa vuranlar isə sertifikatlarla təltif edilib. Ziyafətlə davam edən tədbirin sonunda ustalara dəyərli hədiyyələr də təqdim olunub.

 

Qeyd edək ki, Azərbaycanda “Mətanət A” Şirkəti tərəfindən yaradılan və peşəkar ustaları vahid bir məkanda toplamaq üçün təşkil edilmiş “Ustalar Klubu”-nun əsas məqsədi, ustaların bilik və bacarıqlarını artırmaq, onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim və seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır. 

01.06.2018 09:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ