Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Baytarlıq problemləri açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baytarlıq  problemləri açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Xidmətində qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

 

31 may 2018-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində(DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, bu gün qarşıda duran ən ümdə məsələ ölkədə epizootik sabitliyin qorunub saxlaması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır.

 

Belə ki, Dövlət Xidməti  öz fəaliyyətlərini günün tələblərinə-aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir. Kənd təsərrüfatının intensiv inkişafı, baytarlıq xidməti ilə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş formada istifadə edilməsi müasir dövrün tələbləridir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

B.Rzayev baytarlıq qurumlarının qarşılaşdığı problemlərə toxunaraq qeyd etdi ki, köçkün rayonların vətəndaşlarına məxsus heyvanların peyvənd edilməsi sahəsində yaranan müəyyən çətinliklər, dövlət tərəfindən verilmiş vaksinlərin “soyuq zəncir” prinsipinə uyğun heyvanlara tətbiqində yaranan  gecikmələr aradan qaldırılmalı, rayon (şəhər) baytarlıq idarələrinə ezam edilən baytarlıq mütəxəssislərinin yerlərdə göstərdikləri köməkliklər, xidmətin maddi-texniki təminatının və əhalinin heyvan xəstəliklərinə qarşı aparılan peyvəndləmələrin vacibliyi sahəsində maarifləndirmələrə diqqət artırılmalıdır. Həmçinin qeyd edib ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında baytarlıq sahəsində görülən işlərin təbliğ-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı  və lazımi tədbirlər görülməlidir.

B.Rzayev qeyd edib ki, ölkədə bir sıra sahələrin, o cümlədən aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bu dövlət proqramının həyata keçməsində baytarlıq mütəxəssisləri üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər.

 

B.Rzayev onu da vurğulayıb ki, Dövlət Xidmətin əməkdaşları günün tələbləri səviyyəsində fəaliyyət göstərməli, innovasiyaların tətbiqi sahəsində bilik və bacarıqlarını artırmalı, tez-tez fermalarda, heyvan sahibləri ilə sıxı ünsiyyətdə olmalı, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir iş prinsipindən düzgün istifadə etməlidirlər.

 

Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.

01.06.2018 13:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ