Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Özəlləşmə gözlənilən gəliri gətirməyib - 2 DƏFƏ AZ VƏSAİT DAXİL OLDU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəlləşmə gözlənilən gəliri gətirməyib -  2 DƏFƏ AZ VƏSAİT DAXİL OLDU
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə özəlləşmədən dövlət büdcəsinə 106 milyon 462,9 min manat daxil olub. Bu isə həmin il üçün proqnozdan 1,9 dəfə azdır.

 

Bu barədə Azərbaycan Hesablama Palatasının hesabatında bildirilir.

 

2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrinə aid olan və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən özəlləşmədən daxilolmalar 2017-ci il üçün 200 milyon manat məbləğində nəzərdə tutulmuşdu. Özəlləşdirmədən daxilolmaların 106 milyon 462,9 min manat məbləğində icra edilməsi nəticəsində dövlət büdcəsinə 2017-ci il üçün nəzərdə tutulduğundan 93 milyon 537,1 min manat və ya 1,9 dəfə az vəsait daxil olub. 2017-ci ildə özəlləşdirmədən daxilolmalar 2016- cı ilin icrasından (31 milyon 231,6 min manat) 75 milyon 231,6 min manat və ya 3,4 dəfə, 2015-ci ilin icrasından (24 milyon 89,2 min manat) isə 82 milyon 373,7 min manat və ya 4,4 dəfə çox olub.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

2017-ci il ərzində özəlləşdirmədən daxilolmaların 23 milyon 471,9 min manatını kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərrac və birbaşa əmək kollektivinə satışından daxilolmalar, 289 min manatını investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından daxilolmalar, 369,4 min manatını Səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışından daxilolmalar, 50 min manatını Birgə müəssisələrdə və banklarda nizamnamə kapitalında dövlət paylarının birbaşa satışından, hərrac və müsabiqələrdə satışından daxilolmalar, 82 milyon 242  min manatını özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar təşkil edib. 

04.06.2018 11:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ