Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro 1.19 dollaradək bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.19 dollaradək bahalaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Birliyində və Türkiyədə siyasi risklərin azalması, avro və lirənin bahalaşmasına təsir edib. Qızıl isə bir neçə həftədir dar dəhliz daxilində ticarət edilməkdə.


 

Reklam_3_11

Avroda ikinci korreksiya dalğası 1.19$-a kimi

 

Dünya valyuta birjalarında avronun qiyməti 1.18$-a kimi bahalaşıb və 1.1750$-ın üzərində qaldıqca, 1.19$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. İtaliyada siyasi gərginliyin qismən azalması, avronun bahalaşmasına təsir edtməkdədir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın birinci rüb üzrə iqtisadi inkişaf göstəriciləri də böyük maraqla gözlənilir. 

 

USD/TRY 4.38TL-ə kimi ucuzlaşa bilər

 

Türkiyə maliyyə bazarlarında da dolların qiyməti cari həftə ərzində 4.54TL-ə kimi 3% ucuzlaşıb. Təhlillərə əsasən məzənnə 4.53TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.38TL-ə kimi də ucuzlaşa bilər. Eyni zamanda, saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.

 

Qızılın gələcək qiyməti inflyasiyadan asılıdır

 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti may ayının ortalarından etibarən 1290 və 1302$ aralığında dalğalanmaqdadır. Beləliklə, uzun müddətli perspektivdə növbəti istiqamət sözügedən yuxarı və ya aşağı trend xətlərinin qırılması ilə müəyyən olunacaqdır. Bu isə Amerikada inflyasiyanın inkişafından asılı olacaqdır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

07.06.2018 06:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ