Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Səfər Mehdiyev və Qoşqar Təhməzli arasında görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səfər Mehdiyev və Qoşqar Təhməzli arasında görüş keçirilib

Qida məhsullarının idxal-ixrac əməliyyatlarında tətbiq ediləcək yeni qaydalar müzakirə edilib


 

İyunun 7-də Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında görüş keçirilib. Görüşdə iyulun 1-dən qida məhsullarının idxal-ixrac əməliyyatlarına tətbiq ediləcək yeni qaydalar, həmin qaydaların icra mexanizmləri müzakirə olunub.

 

Hər iki qurumun rəhbəri Bakı Baş Gömrük İdarəsinin zalında qida məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyib,  sahibkarlarla görüşərək onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, yeni qaydaların əhəmiyyəti, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırıblar.

 

S.Mehdiyev və Q.Təhməzli Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün yaradılan iş şəraiti ilə tanış olublar.

 

Görüşün sonunda  birgə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb, müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

07.06.2018 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ