Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qlobal ərzaq qiymətləri yüksəlib - SÜD MƏHSULLARI KƏSKİN BAHALAŞIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal ərzaq qiymətləri yüksəlib - SÜD MƏHSULLARI KƏSKİN BAHALAŞIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, mayda əvvəlki aya nisbətən 1,2 faiz artaraq 176,2 bəndə yüksəlib.
 

"Marja" xəbər verir ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsinə süd məhsulları qiymətlərində kəskin artım səbəb olub. Taxıl və süd məhsullarının qiymətlərində dünya miqyasında artım baş verərkən, şəkər və bitki yağı qiymətlərində azalma görülüb.
 

Süd Məhsullarının Qiymət İndeksi mayda əvvəlki aya nisbətən 5,5 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 11,5% artıb. Bu dəyişikliyə, Yeni Zelandiyanın ixracının azalması səbəb olduğu güman edilir.
 

Taxıl Qiyməti İndeksi ötən ay 2,4 faiz artmışdır. Beləliklə, indeks keçən ilə nisbətən 17 faiz artıb, 2015-ci ilin Yanvar ayından bəri görülən ən yüksək səviyyəyə çatıb.
 

Bitki Yağlarının Qiymət İndeksi isə mayda 2,6 faiz azalaraq son 27 ayın ən aşağı səviyyəsinə enib.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Sözügedən ayda Ət Qiyməti İndeksində cüzi geriləmə baş verərkən, FAO Şəkər Qiyməti İndeksi də 0,5 faiz geriləyib. Bu azalmaya, dünyanın ən böyük şəkər istehsalçısı və ixracatçısı olan Braziliyanın mühüm istehsal sahələrindəki yüksək məhsuldarlıq səbəb olub.

08.06.2018 07:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ