Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sığortada müştərilərə pulsuz hüquqi xidmətlər göstəriləcək - MÜQAVİLƏ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortada müştərilərə pulsuz hüquqi xidmətlər göstəriləcək - MÜQAVİLƏ İMZALANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qala Həyat” və “Qala Sığorta” şirkəti müştərilərinə göstəriləcək xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi üçün “Avropa Hüquq Xidməti” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Hər iki şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən  "Marja"ya verilən məlumata görə, əməkdaşlıq müqaviləsini “Qala Həyat” sığorta şirkəti tərəfindən İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə, “Qala Sığorta” şirkətindən İdarə Heyətinin sədri Fuad Allahverdiyev və “Avropa Hüquq Xidməti” şirkətinin direktoru Ağarəzi Babayev imzalayıb.       

 

Müqaviləsiniun predimetinə uyğun olaraq “Avropa Hüquq Xidməti” şirkəti tərəfindən hər iki sığorta şirkətinin müvafiq sığorta məhsulları üzrə müştərilərə pulsuz hüquqi xidmətlər göstəriləcək.

 

Təklif olunan məhsullarda müştəri “Avropa Hüquq Xidməti” şirkətinə 7/24 olmaqla istənilən vaxt zəng edərək bütün növ hüquqi məsləhət xidmətlərindən ödənişsiz əsaslarla yararlana biləcək.

 

Qeyd edək ki, “Qala Həyat” və “Qala Sığorta” sığorta müştərilərin rahatlığını düşünərək onlar üçün daim yeniliklər tətbiq etməklə müştəri məmnuniyyətini qazanır. Pulsuz hüquqi xidmət də bu yeniliklərdən biri hesab olunur. Gələcəkdə hər iki şirkət bu istiqamətdə fəaliyyətini daha da genişlədirirək müştəri məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmaq niyyətindədir.  

 

Xatırladaq ki, “Qala Həyat” şirkəti 2011-ci ildən, “Qala Sığorta” isə 2015-ci ildən  fəaliyyət göstərir. Hər iki şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.

 

08.06.2018 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ