Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Apple-ın səhmləri sifarişin azalacağı xəbərilə ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın səhmləri sifarişin azalacağı xəbərilə ucuzlaşıb

Apple şirkəti, Avropada ehtiyyat hissələri istehsalçılarına, yeni iPhone hissələri üzrə sifarişlərinin 20 faiz həcmində azala biləcəyi barədə xəbərdarlıq edib.

 

"Marja" xəbər verir ki, xəbərdən sonra Apple Inc. şirkətinin səhmləri ucuzlaşıb.


Apple tədarükçülərə bildirib ki, ilin 2-ci yarısının sonlarında çıxacaq iPhone-da istifadə ediləcək hissələrə sifarişləri 20 faiz ətrafında azalacaqdır.


Apple-ın səhmləri, ABŞ bazarları açılmadan əvvəlki əməliyyatlarda 2.1 faiz düşüb. Frankfurtda əməliyyat görən Apple səhmləri də 2.1%-ə qədər dəyərdən düşüb.
 

iPhone-a ehtiyat hissəsi istehsal edən AMS AG  şirkətinin səhmləri isə 6.7 faiz ucuzlaşıb. Digər ehtiyat hissələri istehsalçıları Dialog Semiconductor, STMicroelectronics və Infineon Technologies-in də səhmləri ucuzlaşıb.

08.06.2018 12:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ