Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rusiya şirkətləri Azərbaycan məhsullarını satmaq istəyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya şirkətləri Azərbaycan məhsullarını satmaq istəyirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyalı iş adamları şəmkirli sahibkarlarla əməkdaşlıqda maraqlıdırlar.

 

Reklam_3_11

Şəmkir Rayon İcra Hakimiyyətində Rusiya Federasiyasından olan iş adamları ilə görüş keçirilib.

 

Görüşdə "Belarus istehsalat şirkəti" MMC-nin icraçı direktoru Məzahir Yusifov, Kuban “SİB Frukt” kompaniyasının direktoru Diomid Babich və Şəmkir rayonundan olan yerli sahibkarlar iştirak ediblər.

 

Rusiyalı iş adamları da öz növbəsində Şəmkirdə olmaqdan məmnun olduqlarını bildirib və rayona səfərləri barədə ətraflı məlumat veriblər.

 

Kuban “SİB Frukt”un fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən qonaqlar yerli sahibkarlarla əməkdaşlıq edə biləcəklərini xüsusi vurğulayıblar.

 

Yerli sahibkarlara əməkdaşlığa maraqlı olduğunu deyən rusiyalı iş adamı Diomid Babich Rusiya Federasiyasının Novosibirsk bölgəsində Şəmkir istixanalarında yetişən məhsulların satışını təmin etmək məqsədilə yeni əlaqələrin qurulmasını da təklif edib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Daha sonra qonaqlarla yerli sahibkarlar arasında fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra rusiyalı iş adamları sahibkar Tahir Hüseynovun soyuducu anbarı və istilikxanaları ilə tanış olublar.

09.06.2018 05:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ